Toplum və qadınsı nəfsanı duyğular
Susən N. Rəzi
Ruhu və duyğuları axtalanmış olan qadınların ufacıq səs- cınqırı çıxanda da, onu hərhankı bir damğayla damğlayıb susdurmaq istəyirlər!
Sorunlarla qarşı- qarşıya gələndə, keşke güzgünün nəsnələrlə davrandığı kimi davrana bilsəydik; yəni yarğılamadan, hətta heç iş görəmədən, sorunları nə az-nə də çox, yalnızca olduğu kimi göstərə bilsək keşkə.
Quşqusuz «ləzzət» insana bəxş olunan ən böyük və ən möhtəşəm vergi, bərəkət və nemətlərdən dir. Ləzzət almaq, insanın duyğusallığı, bilincliliyi demək dir. Gövdənin süzkecindən keçib bilinc və mərifətə çevrilən də, həmən həmən bu ləzzətlər dirlər. Ləzzət aparırsansa, varsan demək, canlısan və yaşayırsan demək dir. Daş, dəmir, nə bilim quru taxta dediyin nəsnələr nəfsani ləzzətlərdən yoxsun olar. Nəfsanıyat və ləzzət aparmaq hər zaman, hər yerdə, çoğu məram və məsləkdə təqbih olunmuş, kötümsənmiş, çirkinmiş kimi neçələndirilmiş və məhkum olunmuşdur. Bu üzdən də, ləzzət aparmaqla dirçəlib yetkinlşəcək olan enerji, bu nemətdən- yәni ləzzət aparmaqdan- yoxsun qalınca, azğın düşüb yolundan çaşaraq, nəfrətə, kinə, öfkəyə, qısqanclığa və s . . . mənfi(negative) hislərə çevrilir, onun bətnindən sə, bir çeşid quru, təravətsiz, yeniliksiz və cansız və fiziksəl xəstəliklərlə dolu bir yaşam törənir. çoğu insanlar, nəfsanıyatı gizli- gizəmli saxlamağa təməkinli davranıb uyum sağlamışlar. Onlar ruhən əzabda və inciməkdə dirlər. Cəsarətsiz olduqları altbilim və vicdanlarını sızladır, öz gözlərindən belə düşürlər. Qorxaq olduqları özlərinə belə qanıtlanmışdır. Öz özələrinə sayqı və hörəmətlərini əldən verəmişlər . . . Ziadə təməkin böylə yapar insanı! Qadınların da gerçk və real qadınsı duyğuları və nəfsanıyatı həmişə, deyilməmiş qurallarla, basdırılıb və bəyanetməsinə hər zaman qarşı çıxılıb, xor baxılıbdır; çünki nəfsanıyatı bəyan edən birisi bir çeşid özgürlük və ötəkmliyə çatar və ona zorakılıqla heç bir şeyi təhmil etmək olmaz. Bu üzdən də onu nə tapdalamaq nə də əzmək olar. Tapdalanan insan küçümsənəmiş olar, təhqirə boyun əyər, təməkinli davranar, daha doğrusu axtalanar, öküz kimi!!! Öküzü axtalamazsan, ram olmaz, tarlada istədigin şəkildə işə çəkilməz, söz dinləməz! Aama axtalanınca, onu kölə kimi istədiyin yerə sürərsən, çünki onun doğal həyat enerjısını alıbsan və doğaya qarşı süç işlədiyin belə mühim deyil sənin üçün. Və, yüxillərdi ki, qadına bu muamilə yapılıbdır və qadınlıq, dolayısıyla da insanlıq əleyhinə bu süç işlənilibdir və qadınlar ruhən axtalanmış olduqları üçün təməkinli yaşamağa məhkum olublar. Duyğular, hislər, istək- dilək və eşqlər dilə gəlməyib yalnızca zehnlərdə saxlanınca paslanar, turşar və acılaşar. Ama onları dilə gəlib söyləyincə böyük həcəmdə enerji buraxılar. Üstunu örtüb basdırınca qalıb- qalıb üstələnər və ağır bir yükə dönüşər. Ağırlaşınca da sorunlar başlar. Ğəm- kədər, qayğılar, bacarıqsızlıq, özgüvəncini itirəmək, depresiyonlar və . . . İllərdir real eşq, sevmək- sevişmək kötülənib, zəhərlənib, pisimiş kimi göstərilib ama bir dürlü yox ediləməyibdir. Ləzzət aparmağı da məzmüm və məhkum sayıblar, xüsusilə qadınlara. Ləzzəti əlindən alırsan, artıq nə qalar insana?! İnsan daşdan yonulmuş bir heyklə dönüşməzmi? Əlini tutarsan, qurumuş taxtaya əl sürər kimi olmazsanmı? Ha gözlərinə baxasan, ha dər- duvara, heç fərq etməz sənin üçün.Çünki bütün enerjisi içində həbs olmuş, çökmüş, qurumuş və içində düyünlənib qalmışdır və çiçəklənib açmaqdansa, insanı məğmüm hala gətirir və pəjmürdə və solğun edir. Düyünlənib də gövdənin hankısa bir tərəfindən sərətan şəklində püskürüb özünü göstrir . Dünya və dünyada olan hər şey, dünyanın quralları da daxil, dayimən dəyişməkdə dir. Dəyişməyən bir tək şey var, o da dəyişimin özüdüz! Düşünür insanlar üçün dəyişkən dünya ən doğru olan dünya dir. Sürəkəli dəyişildiyində, bir həyatda neçə həyatı yaşamaq olanağını qazanırsan. Düşünür yaşamaq, dəyişimlərə ayaq uydurmaq, yenilikçi olmaq , yeni üfüqlərə göz tikmək, başqa hədəflər- başqa şəəflər aramaq, yenini belə yeniləmək deməkdir. Nə yazıq ki, yeniçilər dəyişimlər yaratdıqları üçün hər zaman təhlükəli və qorxulacaq adamlar sayılırlar, çünki kütlənin böyük çoğunluğu dəyişiklikdən saqınıb qorxur. Çünki dəyişim sorunlar yaradır və başdan ayağa zəhmət olur və alışqanlığa dönüşən toplumsal dincliyi pozur. İnsanlar çoğunluqda dəyişimə qarşı gələrək, davamlı- qavamlı və sübatlı olan bir topluma çatmağa əlləşib çalışırlar, lakin bu, dünya və varlıq yasalarına təmamən ayqırıdir; Zira ki, dəyişimdən qaçınılmaz.
روحو و دویغولاری آختالانمیش اولان قادینلارین اوفاجیق سس- جینقیری چیخاندا دا، اونو هرهانکی بیر دامغایلا دامغلاییب سوسدورماق ایسته ییرلر!
سورونلارلا قارشی-
قارشییا گلنده، کئشکه گوزگونون نسنهلرله داوراندیغی کیمی داورانا بیلسهیدیک،
یعنی یارغیلامادان، حتی هئچ ایش گؤرمهدن، سورونلاری نه آز- نه ده چوخ، یالنیزجا
اولدوغو کیمی گؤستره بیلسهیدیک کئشکه.
قوشقوسوز »لذت» انسانا بخش
اولونان أن بؤیوک و أن مؤحتشم وئرگی، برکت و نعمتلردن دیر. لذت آلماق، انسانین
دویغوساللیغی، بیلینجلیلیگی دئمک دیر. گؤودهنین سوزکئجیندن کئچیب بیلینج و
معرفته چئوریلن ده همن همن بو لذتلر دیرلر. لذت
آپاریرسان سا، وارسان دئمک، جانلیسان و یاشاییرسان دئمک دیر. داش، دمیر، نه بیلیم
قورو تاختا دئدیگین نفسانی لذتلردن یوخسون اولار.
نادیر
بئیین گؤنده ردیگی کامئنت او قدر گؤزلدی کی، من بو گؤزللییه جواب یازا
بیلمه دیم،یازماغا بئله جسارت ائده مه دیم . یازدیقلارینی بیر داها دا
یورومو ایله بیرگه سونورام منیم کیمی اینجه لیکلر قولو اولانلارا:
آرامادان بوش یئره گونشی،(حقیقتی یاشادیغین چاغدا بوش یئره آختاریرسان- "بلکه تاپا بیلمه یه جکسن آما تاپا بیلمه یه جگین اونون یوخلوغونا دلالت ائتمز . وار آما هله بولوت آلتیندا دیر)
قاچ یاغمورون آلتیندا. ( سن اونا رغمن یولونا دوام ائت و گونشی – ایشیقلی بیر گونه انتظار اولمادان – گودوب یولوندان قالما)
و داللارین قوجاغینا ساریلیب،( دوشونجه لرینه جوموب اوز عالمینده)
دانس ائت روزگارلارین قوللاریندا.( یازیب یای دوشونجه لرینی)
واخت ؛
چوخ گئج دیر!
دالیب آی ایشیغینا :بورادا دا یئنه آی بیر حقیقت قایناغی اولاراق گونشین یوخلوغوندا بیر اومید ایشیغی دیر و سن او ایشیقدان یارارلانیب (یاشادیغیمیز چاغ مطلق ظلمت دئییل و آزدا اولسا یولو ایشیقلاندیران بیلگین لر وار)
و اولدوزلارلا بیرلشیب،( و سنی آنلایا بیلن دوستلارینلا بیرلشیب)
قارانلیغین قوینوندا دا دانس ائت!( جهالتین تام ایچینده ده فیکیلرینی و دوشونجه لرینی یایمایا و آنلاتمایا تلاش ائت)
پارلا هاوانین دورولوغوندا ( مئیدان آیاز اولونجا فرصتلردن فایدالان)
گوزلرینین قاماشدیغی چاغدا. (او زامان گؤزلرینی قییب تردید له ایشیغا باخمادان یولونا داوام ائت)
سن سنین له،
اؤزوندن کئچدیین زامان،
یاغیش کوچه لرینده ایسلان.
بوتون یالنیزلیغینلا.( اوزونو یالنیز حیس ائتسن ده، وارلیغینی دوشونجه لرینه حصر ائتمیشسن و سنی هئچ کیم آنلاماسادا سن بو حوزونلو چاغدا، توپلومون دردینی تام وجودونلا حیس ائدیب یولونا دوام ائت)
وگیزله آجیلارینی.( بو یولدا سنی قایغی و کدرلندیرن مهربانسیزلیقلار و آجیلاری گیزله اوره یینده)
یوزون قیریلماسین،
داشلارین آرخاسیندا!( سنی آنلایا بیلمه ین دوشونجه لر و یولونا مانع اولان خور باخیشلار و آجیماسیز شرارتلر سارسیتماسین – یورماسین – دایاندیرماسین)
هله ؛
گون گؤرمه میش رویالارین،
تانرینین اؤزگور بوراخدیغی روزگارلار کیمی،
یوخلایان اؤزلری اؤپه جک!( البته کی بیر گون، حیاتا کئچیریلمه ین آرزو و دیلک لرین گله جک قوشاغا اؤزگورلوک بخش ائده جک – بورادا، یوخلایان اوزلری اؤپمک، جاهیل و جهالتده یاشایان انسانلارین جهالتینه مهربانجا یاناشیب اونلاری ظلمتدن ایشیغا چیخارماق اوچون ان صمیمی داورانیش گؤسترمکدن کنایه دیر. چونکی هر بیر اولو دوشونجه صاحبی انسانلاری سئویر و اونلارین نادانلیقلارینا آجییر)
و یازیلاجاق دنیزلرین،
چیلقین دالغالارینا!( و نهایت سیزین امکلرینیز انسانلاری ظلمتدن ایشیغا یونلتدییینه گوره، ابدی اولوب ، دنیز دالقالاری کیمی ابدی یاشایاجاق.- هرزامان چاغلاییب، سسلنیب، وارلیغینی گؤستره جک)
![]() | ![]() |